“Neftçi” Sloveniyadakı ilk sınağından heç-heçə ilə ayrıldı

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb. Lyublyana təmsilçisi ilə “Kodeljevo Sport Ljubljana” stadionunda keçirilən görüşdə hesabı bakılılar açıblar. Amma meydan sahibləri buna dərhal cavab veriblər. Qalan dəqiqələrdə isə qapılara yol tapan olmayıb və görüş heç-heçə bitib.

“Neftçi” toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyunun 25-də Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

21 iyun

Yoxlama oyunu

Olimpiya (Sloveniya) – Neftçi 1:1
Qol
: Namiq Ələsgərov, 1.

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 20. Mert Çelik, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə, 10. Sezar Meza Kolli, 11. Harramiz, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 80. İsmayıl Zülfüqarlı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button