Sloveniya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

Noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Sloveniya yığmasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Matyaj Kek heyətə 24 oyunçu daxil edib.

Qapıçılar: Yan Oblak, Vid Belets, Matyaj Rozman;

Müdafiəçilər: Petar Stoyanoviç, Yure Balkovets, Neyç Skubiç, Miha Mevlya, Miha Blajiç, Nemanya Mitroviç, Yon Qorenç Stankoviç, Mario Yurçeviç;

Yarımmüdafiəçilər: Nino Kouter, Yasmin Kurtiç, Yaka Biyol, Amedey Vetrih, Miha Zayç, Sandi Lovriç, Yosip İliçiç;

Hücumçular: David Tiyaniç, Andraj Şporar, Benjamin Verbiç, Damyan Bohar, Haris Vuçkiç, Tim Matavj.