Slovakiya yığması ikinci pilləyə yüksəldi

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, doğma meydanda Yunanıstan yığması ilə qarşılaşan Slovakiya millisi böyükhesablı qələbə qazanıb – 6:0.

Bu qələbə sayəsində slovakiyalılar qrupda ikinci pilləyə yüksəliblər.

Qeyd edək ki, son olaraq Moldova yığmasına 5:1 hesabıyla qalib gələn Azərbaycan millisi bu qrupda vahid liderdir:

  1. Azərbaycan – 9
  2. Slovakiya – 4
  3. Moldova – 4
  4. Yunanıstan – 0