Slovakiya yığması Bakı səfəri öncəsi darmadağına sevindi

Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində yoxlama oyunları da keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Slovakiya yığması İordaniya ilə qüvvəsini sınayıb. Görüş slovakiyalıların əzmkar qələbəsi ilə başa çatıb. Belə ki, fasiləyə hesabda 0:1 geridə yollanan rəqibimiz asiyalıları bu qolu vurmağa peşman edib. Slovakiyanın qollarının müəllifləri yarımmüdafiəçiləri Lukas Haraşlin, Martin Xrien, Yan Qrequş (penalti), Yaroslav Mixalik və hücumçu Samuel Mraz olub.

Slovakiya yığması iyunun 11-də Bakıda millimizin qonağı olacaq.

Gecənin digər oyunlarına gəlincə, Uruqvayın Panamanı, Argentinanın isə Nikaraquanı böyük hesabla məğlub etməsi diqqətçəkən olub.

Yoxlama oyunları

7 iyun

Cənubi Koreya – Avstraliya 1:0
Çin – Filippin 2:0
Tacikistan – Əfqanıstan 1:1
Özbəkistan – Şimali Koreya 4:0
Fil Dişi Sahili – Komor adaları 3:1
Qvineya – Qambiya 0:1
Kenya – Madaqaskar 1:0
Tunis – İraq 2:0
Slovakiya – İordaniya 5:1
Uruqvay – Panama 3:0
Argentina – Nikaraqua 5:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button