“Düzü, zərbə anında nə edəcəyimi bilmirdim” – Slovakiya millisinin üzvü

Slovakiya millisinin üzvü Stanislav Lobotka AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “sme.sk” saytına istinadən xəbər verir ki, Lobotka 5:1 hesabıyla qələbə qazandıqları matçda vurduğu qolla bağlı təəssüratlarını deyib:

“Qol epizodunda qarşımda boşluq gördüm, irəlilədim və zərbə vurdum. Düzü, zərbə anında nə edəcəyimi bilmirdim. Çünki çox qol vurmamışam.

Rəqib oyunçularda narahatlıq görünürdü. 4-cü qoldan sonra biz də rahatladıq və oyunu tam nəzarətimiz altında saxladıq.”