“Azərbaycan millisini məğlub edib, 3 xal qazanacağımıza inanıram” – Skriniar

Slovakiya millisinin futbolçusu Milan Skriniar AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi bu gün keçiriləcək oyunda qələbə qazanacaqlarına inandığını deyib:

“Azərbaycan millisinin bir neçə oyununu izləmişik və bizi çətin rəqibin gözlədiyini bilirik. Onlar Xorvatiya qarşısında ilk qolu da vurdular, ancaq sonda məğlub oldular. Burda Azərbaycan millisini məğlub edib, 3 xal qazanacağımıza inanıram. Çünki bu, bizim üçün vacibdir.

Öz oyunumuzu oynayıb, topa daha çox nəzarət etməliyik. Ən əsası da, erkən qol vurmalıyıq. Çünki sonradan Azərbaycan millisi qapanacaq və bizim üçün çətin olacaq.”

Azərbaycan – Slovakiya matçı bu gün, saat 20:00-da start götürəcək. Qarşılaşma 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button