Slaven Biliçli “Vest Bromviç” yenidən Premyer Liqada!

Futbol üzrə İngiltərə Çempionşipində 2019/20 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, çempion “Lids”in ardından Premyer Liqaya yüksələn ikinci komandanın da adına aydınlıq gəlib.

46 oyuna 83 xal toplayan “Vest Bromviç” ikinci yeri tutub. Beləcə, Slaven Biliçin baş məşqçi olduğu bu komanda elitaya vəsiqə qazanıb.

Üçüncü və sonuncu vəsiqənin sahibi isə dörd komanda arasında baş tutacaq pley-off qarşılaşmalarından sonra bəlli olacaq. Bunlar turnir cədvəlinin 3-6-cı pillələri arasında yer tutan “Brentford”, “Fulhem”, “Kardiff Siti” və “Suonsi Siti” klublarıdı. Yarımfinalda “Suonsi Siti” “Brentford”la, “Kardiff Siti” isə “Fulhem”lə mübarizə aparacaq.

Turnir cədvəlinin son üç pilləsində yer alan “Luton Taun”, “Barnsli” və “Hall Siti” isə Çempionşiplə vidalaşıb.