Slavçev “Qarabağ”dan getdi – RƏSMİ

“Qarabağ” yarımmüdafiəçisi Simeon Slavçevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün tərəflər arasında baş tutan görüşdən sonra qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar verilib.

Xatırladaq ki, Slavçev “Qarabağ”a 2018/19 mövsümündən öncə, ötən ilin iyul ayının 5-də Portuqaliyanın “Sportinq” klubundan transfer olunmuşdu.