Slavçev: “Qarabağ” rəhbərliyi ilə heç bir müzakirəmiz olmayıb”

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan sərfəli təklif aldığına dair xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, 26 yaşlı bolqar futbolçu ölkəsinin mətbuatına açıqlamasında bu xəbərləri yalanlayıb:

“Levski”yə keçəcəyimə dair xəbərlər tamamilə fərziyyədi. Bu klubdan heç bir təklif almamışam, heç bir danışığımız da olmayıb. Hazırda öz gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağıma dair rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Üstəlik, klubla müqaviləm var. Heç nəyi dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”.

Xatırladaq ki, bolqar həmkarlarımız Slavçevin Sofiya təmsilçisi ilə danışıqlar apardığını, hətta “Qarabağ”ın da bunun əleyhinə olmadığını iddia edirdilər. Baxmayaraq ki, yarımmüdafiəçinin Ağdam klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək. Amma iddiaya görə, “Levski” bu problemi də yoluna qoymaq və futbolçunu qışda heyətinə qatmaq istəyir.

Slavçev “Qarabağ”a ötən ilin yayında “Sportinq”dən keçib.