Premyer Liqada son 10 ilin ən yaxşı baş məşqçiləri – Klopp 4-cü oldu

“Sky Sports” nəşri son 10 ildə İngiltərə Premyer Liqasında çalışmış baş məşqçilərin reytinqini açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger başçılıq edir. 608 xalı olan fransız mütəxəssis 2010-2018-ci illər aralığında “topçular”la 179 qələbə qazanıb, 71 dəfə də məğlub olub. Reytinq cədvəlində 2-ci “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettinodur. 3-cü isə hazırda “Tottenhem”i çalışdıran Joze Mourinyodur.

İlk “10-luq”

  1. Arsen Venger (əvvəl “Arsenal”, hazırda FİFA-da çalışır) – 608 xal
  2. Maurisio Poçettino (əvvəl “Sauthempton”, “Tottenhem”, hazırda işsizdir) – 457
  3. Joze Mourinyo (əvvəl “Çelsi”, “Mançester Yunayted”, hazırda “Tottenhem”) – 376
  4. Yurgen Klopp (“Liverpul”) – 351
  5. Devid Moyes (hazırda “Vest Hem”, əvvəl “Everton”, “Mançester Yunayted”, “Sanderlend”) – 326
  6. Brendan Rocers (hazırda “Lester”, əvvəl “Suonsi”, “Liverpul”) – 325
  7. Toni Pyulis (hazırda işsiz, əvvəl “Stok Siti”, “Kristal Pelas”, “Vest Bromviç”, “Midlsbro”) – 321
  8. Xosep Qvardiola (“Mançester Siti”) – 317
  9. Mark Hyuz (“Fulhem”, KPR, “Stok Siti”, “Sauthempton”, hazırda işsizdir) – 309
  10. Alan Pardyu (“Nyukasl”, “Kristal Pelas”, “Vest Bromviç”, hazırda “Den Haq”) – 304.