“Şkupi”dən Elvinsiz qələbə

Futbol üzrə Şimali Makedoniya çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Pandev Akademiyası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Elvin bu görüşün iştirakçısı olmayıb. Millimizin sabiq üzvünün adı iştirak ərizəsinə də daxil edilməyib.

“Şkupi” 9 oyuna topladığı 19 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.