Skoulzla yollar ayrıldı

İngiltərənin 4-cü liqasında mübarizə aparan “Oldhem” klubu baş məşqçisi Pol Skoulzla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın uğursuz çıxışına görə, Skoulzla qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.

Skoulz fevralda “Oldhem”də baş məşqçi postuna təyin edilmişdi. Onun rəhbərliyi altında komanda 7 oyun keçirib və bir dəfə qələbə qazanmışdı.

“Mançester Yunayted”in sabiq futbolçusu olan Pol Skoulz, “qırmızı şeytanlar”ın heyətində 718 oyuna çıxıb. O, məşqçilik karyerasına da məhz burda başlayıb. Skoulz bundan əvvəl “Mançester Yunayted”in 23 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.