Skoulz Poqba haqda: “Ayılmalıdır, yoxsa…”

İngiltərə millisinin keçmiş üzvü Pol Skoulz, “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı tənqid edib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Skoulz, fransız yarımmüdafiəçi haqda bunları deyib:

“Mançester Yunayted”in yarımmüdafiəsində qeyri-müəyyənlik var. Poqbanın qalacağı və ya gedəcəyi aydın deyil. “Mançester Yunayted” əvvəllər də əsas oyunçularını itirib. Bunlara Kriştiano Ronaldonu, Devid Bekhemi, Roy Kini, Rud van Nistelroyu misal göstərə bilərəm. Ancaq onların gedişi komandaya təsir etməyib.

Biz Poqbanın potensialından danışırıq, artıq 26 yaşı var. Öz səviyyəsini göstərməyə başlamalıdır. Əks halda, “Mançester Yunayted” yüksək səviyyəyə qalxacaq futbolçusunu itirəcək. Poqba artıq ayılmalıdır. Yoxsa o, öz kiçik dünyasında yaşayacaq və özünü dünyanın ən yaxşısı hesab edəcək”.