“Sizin “Ferrari”niz olsa, onu “qaraj”da saxlamaq istəməzsiz” FOTOLAR

Sloveniyalı otüstü xokkeyçi Andreja Rituper ona “tez-tez ayaqlarını göstərirsən” deyənlərə maraqlı cavab verib.

Komanda.az xəbər verir ki, 33 yaşlı idmançı fitness salonlarında və çimərlikdə olarkən çəkilən fotolarını sosial şəbəkədə tez-tez paylaşır. Bununla bağlı ona “tez-tez ayaqlarını göstərirsən” deyənlərə belə cavab verib:

“Bəli, mən ayaqlarımı göstərməyi sevirəm. Sizin “Ferrari”niz olsa, onu “qaraj”da saxlamaq istəməzsiz”.

17 ildir xokkeylə məşğul olan Rituper, bu idman növündə ölkəsindən kənarda karyerasını davam etdirən ilk sloveniyalı idmançı kimi adını tarixə yazdırıb.