“Sivasspor”un prezidenti “Qarabağ”la ikinci matçda da qələbə istəyir

Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra yerli jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik. UEFA Çempionlar Liqasında İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub edən “Başakşəhər”i təbrik edirəm. Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi” komandasını üstələyib qrupdan çıxmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button