“Tək düşüncəmiz bu iki matçda da yaxşı nəticə qazanmaqdır” – “Sivasspor”un baş məşqçisi

“Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının 7-ci turu çərçivəsində “Hatayspor”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Çalımbay, 1:1 hesabıyla bitən oyunu belə şərh edib:

“Oyuna çox yaxşı başladıq, istədiyimiz qolu da vurduq. Rəqib gözləmədiyimiz anda qol vurdu və bundan sonra oyun ortada keçdi. Ümumi olaraq maraqlı qarşılaşma oldu. Ancaq belə oynamaq bizi xilas etməz.

Qarşıda “Qarabağ” və “Qalatasaray”la oyunlarımız var. Tək düşüncəmiz bu iki matçda da yaxşı nəticə qazanmaqdır. Bundan sonra da yaranacaq 15 günlük fasiləni yaxşı dəyərləndirmək istəyirik”.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı noyabrın 5-də oynanılacaq.