“Sivasspor”dan yeni transfer

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Ümraniyespor”un sağ cinah müdafiəçisi Alaaddin Okumuşu transfer edib.

Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.

Alaaddin Okumuş “Gənclərbirliyi”nin yetirməsidir. Sonralar o, “Hacettepe”, “Kastamonuspor”, “Ankaragücü” klublarının da formasını geyinib. Müdafiəçi bu mövsüm TFF 1-ci liqada 15 oyuna çıxıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Yeri gəlmişkən, “Ümraniyespor” da “Trabzonspor”un yarımmüdafiəçisi Ahmet Canbazı heyətinə qatıb. 22 yaşlı futbolçu mövsümün sonuna qədər TFF 1-ci liqa klubunun uğurları üçün çalışacaq. Almaniyanın “Verder” klubundan transfer olunan Canbaz, 2019-cu ildən Trabzon təmsilçisində çıxış edir.