“Sivasspor”dan Azərbaycana dəstək

Türkiyənin “Sivasspor” klubu Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçdan əvvəl Azərbaycana dəstək olub.

Komanda.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi “Yeni Sivas 4 Eylül” stadionunda Azərbaycan və Türkiyə bayraqları asılıb. Bu fotonu sosial şəbəkə hesabında paylaşan “Qarabağ” isə Türkiyə klubuna “Təşəkkürlər, “Sivasspor” mesajını göndərib.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.