“Sivasspor”a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sivasspor”la matç ağır səfərlərimizdən biridir. Rəqib də bizim kimi xal qazanmayıb. Hər iki komanda xal qazanmaq üçün meydana çıxacaq. “Sivasspor” haqqında xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan bir kollektivdir. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

Qeyd edək ki, noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.