Simeoneli “Atletiko”dan ilk

Futbol üzrə İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə keçirilən oyun “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə tilsimi qırıb.

Bu, Simeonenin ölkə çempionatında “Barselona” üzərində ilk qələbəsi kimi tarixə düşüb. Dünənki qarşılaşmaya qədər madridlilər onun rəhbərliyi altında Kataloniya təmsilçisinə qarşı keçirdiyi 17 oyunun 11-də məğlub olub, 6-da heç-heçə edib.

Qeyd edək ki, hazırda “Atletiko” 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Barselona” isə (11 xal) 10-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button