“Simeone çox qışqırırdı” – Qrizmann

“Barselona”nın yeni transferi Antuan Qrizmann açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Atletiko”dan transfer olunan fransalı futbolçu, keçmiş baş məşqçisi Dieqo Simeone ilə Kataloniya klubunun çalışdırıcısı Ernesto Valverdeni müqayisə edib:

“Bu iki baş məşqçi bir-birindən çox fərqlidir. Simeone çox qışqırırdı, Valverde isə daha sakitdir. Onun çox dəqiq fikirləri var və komandadan nə istədiyini bilir”.

28 yaşlı hücumçu, Lionel Messi haqqında da danışıb:

“Hər gün Messi ilə birlikdə oynamağı xəyal edirdim. Onunla məşq etmək, yanında oynamaq, ona məhsuldar ötürmə vermək mənim üçün çox gözəl olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button