Ən çox qazanan baş məşqçilərin adları açıqlandı

“France Football” nəşri dünyanın ən çox qazanan baş məşqçilərinin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, dünyada illik gəliri ən çox olan 5 baş məşqçinin hazırlandığı siyahıda ilk yeri “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone tutur. Argentinalı mütəxəssis illik 41 milyon avro qazanır.

İkinci yerdə hazırda işsiz olan Joze Mourinyodur. Son olaraq “Mançester Yunayted”i çalışdıran mütəxəssisin “qırmızı şeytanlar”da illik qazancı 31 milyon avro olub.

Üçüncü pillənin sahibi isə “Monako”nun keçmiş baş məşqçisi Tyerri Anridir. O, illik 25,5 milyon avro gəlir əldə edib.

Mourinyo və Anrinin gəlirlərinin çoxu, müqavilələrinə vaxtından əvvəl xitam verildiyi üçün onlara ödənilən təzminatlardır.

Siyahını 24 milyonla “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və 23,5 milyonla “Barselona”nın çalışdırıcısı Ernesto Valverde tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button