“Atletiko” “Ayaks”ın futbolçusuna “elçi düşdü”

“Çelsi” və “Arsenal”ın da yaxından maraqlandığı “Ayaks”ın futbolçusu David Neres daha bir klubun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone braziliyalı hücumçunun transfer edilməsini istəyir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

“Ayaks” 22 yaşlı futbolçu üçün ən azı 40 milyon avro tələb edir. Xüsusilə, Simeonenin komandada görmək istədiyi Neres üçün “Atletiko” rəhbərliyi tələb olunan məbləği verməyə razıdır.

“Ayaks”la 2022-ci ilə qədə müqaviləsi olan Neres, bu mövsüm 50 qarşılaşmada iştirak edərək, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button