Şimali Amerikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum oldu

Şimali Amerika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, Şimali Amerikada ötən ilin ən yaxşı oyunçusu PSV-nin və Meksika millisinin üzvü İrvinq Losano seçilib. Bu barədə Şimali Amerika Futbol Konfederasiyanın mətbuat xidməti məlumat yayıb.

Losano PSV-nin heyətində cari mövsümdə 27 qarşılaşmada iştirak edərək, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

23 yaşlı futbolçu 34 dəfə də Meksika millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button