Silvadan Messiyə cavab: “PSJ “Barselona”ya 1:6 hesabı ilə məğlub olanda…”

Braziliya millisinin və PSJ-nin futbolçusu Tyaqo Silva, Argentina yığmasının kapitanı Lionel Messinin Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etməsi ilə bağlı açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Silva, Messinin fikirlərinə cavab olaraq, bunları deyib:

“Məğlub olduqdan sonra başqa günahkarlar axtarırıq. PSJ “Barselona”ya 1:6 hesabıyla məğlub olanda, mənim fikrimə görə, Messi hakim rolunu oynamışdı. Ancaq biz hakimin “Barselona”nın lehinə verdiyi qərarları müzakirə etmədik. Bir-birimizə hörmət etməliyik. Braziliyanın 5 dəfə dünya çempionu olması təsadüfi deyil. Hər şey meydanda baş verir”.