Silva üçün əlamətdar oyun


“Mançester Siti” Premyer Liqanın 22-ci turunda öz meydanında “Vulverhempton”u 3:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma “şəhərlilər”in yarımmüdafiəçisi David Silva üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Silva “Vulverhempton”la görüşdə də iştirak edərək, “Mançester Siti”nin heyətində 267-ci Premyer Liqa matçına çıxıb. 33 yaşlı yarımmüdafiəçi bununla da, “şəhərlilər”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

2010-cu ildə “Valensiya”dan transfer edilən Silva, cari mövsümdə Premyer Liqada 18 qarşılaşmada iştirak edib.