Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası – “Ufa”nı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb – 0:0.

Azərbaycanlı futbolçular bu oyunun iştirakçısı olmayıblar. Həm Ramil, həm də Azər sonadək ehtiyatda qalıb.

“Dinamo” hazırda 10 xalla 16 kollektiv arasında 11-ci, “Ufa” isə 11 xalla 9-cudu.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button