Şeydayev “Zenit”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb.

“Dinamo” 5 turdan sonra 5 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.