Şeydayev üçün 74, Quliyev üçün 90 dəqiqəlik derbi

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv paytaxt derbisində Moskvanın digər təmsilçisi, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi “Spartak”ın qonağı olub. Qarşılaşmanın kifayət qədər maraqlı və gərgin keçməsinə baxmayaraq, futbolçularımız və komandaları meydanı “sülh”lə tərk ediblər – 0:0.

Ramillə Ayaz da bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Şeydayev 74-cü dəqiqədə əvəzlənib. 32-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan Quliyev isə sonadək mübarizə aparıb.