Şeydayev komandasını məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Krasnodar”la üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.

Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda “Krılya Sovetov” 24 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button