Şeydayev ehtiyatda qaldı, “Dinamo”…

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.

“Dinamo” 13 turdan sonra 11 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.