Şeydayev bir hissə oynadı, “Dinamo”…

Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Kazanın “Rubin” klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı fasilədə əvəzlənib.

“Dinamo” 2 turdan sonra cəmi 1 xal toplayıb və 16 kollektiv arasında 12-cidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button