Şeydayev “Astana”ya qarşı 90 dəqiqə oynadı

Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Qazaxıstan çempionu “Astana” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyunda heç-heçəyə razılaşıb – 0:0.

Ramil də bu görüşün iştirakçısı olub. O, “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”ya qarşı start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button