“Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedəcəyik” – Xayme Romero

“Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero Avropa Liqasında “Sevilya”ya qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Deportes ABCdesevilla” nəşrinə açıqlama verən futbolçu, “Sevilya” ilə görüşdə bütün gücləri ilə mübarizə aparacaqlarını bildirib:

“Sevilya” bu mövsüm iddialı olacaq. Bu komanda geniş heyətə sahibdir. “Sevilya” ilə ilk oyunumuzu Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı çıxış etdik və 0:3 hesabı ilə uduzduq. İspaniyada oynamağın necə olduğunu bilirəm. Bu yaxınlara qadər “Kordoba”da çıxış edirdim və təbii ki, “Sevilya”nın haranı təmsil etdiyini bilirəm.

Komandamızda mövsümün əvvəli ilə müqayisədə vəziyyət bir az pisdir. İndi əvvəlki oyunumuzu göstərə bilmirik. Ölkə çempionatında da son oyunlarda çox qələbə qazanmırıq. Məncə, Çempionlar Liqasına və Avropa Liqasına erkən başlamağımızın “Qarabağ”a təsiri oldu. Amma biz Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedəcəyik”.

“Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək və saat 00.00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button