“Sevilya”nın koronavirusa yoluxan futbolçusu məşqlərə başladı

İspaniyanın “Sevilya” klubunun koronavirusa yoluxan futbolçusu Nemanya Qudel komanda ilə məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin serb yarımmüdafiəçisində koronavirus iyulun sonlarında aşkarlanmışdı.

Lakin 28 yaşlı oyunçu artıq tam sağalıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Qudel artıq komanda ilə məşqlərə qatılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button