Çiçarito rəsmən MLS-də

“Sevilya”nın futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Los Anceles Qalaksi” klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikalı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Çivas”, “Mançester Yunayted”, “Real”, “Bayer”, “Vest Hem” kimi klublarda forma geyinən Çiçarito ləqəbli hücumçu, 2019-cu ildən “Sevilya”da idi.