“Sevilya”nın futbolçusu koronavirusa yoluxdu

İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Dieqo Karlosda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsi saytı məlumat yayıb.

Xəbərdə braziliyalı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantinə alınıb.