“Mançester Siti” 50 milyon avroya müdafiəçi alır

“Sevilya”nın futbolçusu Jules Kunde karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 21 yaşlı fransız müdafiəçi “Mançester Siti”yə keçməyə hazırlaşır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, artıq “Sevilya” ilə MS arasında razılıq əldə olunduğu bildirilir.

“Şəhərlilər” Kunde üçün La Liqa klubuna 50 milyon avro ödəyəcək. Müdafiəçi ilə imzalanan müqavilə isə 5 illik olacaq.

“Sevilya” Kundeni 2019-cu ildə “Bordo”dan 25 milyon avroya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button