“İnter”ə hörmət edirik, ancaq biz “Sevilya”yıq, çempion olmağa layiqik”

“Sevilya”nın futbolçusu Joan Jordan Avropa Liqasının finalında “İnter”lə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, “İnter”ə hörmət etdiklərini deyib:

“Bilirik ki, rəqibimiz güclüdür və çətin oyun olacaq. Oyunun taleyini xırda detallar da həll edə bilər. “İnter”ə hörmət edirik, ancaq biz “Sevilya”yıq, çempion olmağa layiqik.

“Sevilya” ilə finalda olmaq bir şərəfdir. Bütün il çox çalışdıq, buralara asanlıqla gəlməmişik”.

Bu gün keçiriləcək “Sevilya” – “İnter” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button