“Messinin səviyyəsi digər futbolçulardan fərqlidir” – Rakitiç

“Sevilya”nın futbolçusu İvan Rakitiç “Barselona”nın kapitanı Lionel Messi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, Messinin fərqli futbolçu olduğunu deyib:

“Messinin səviyyəsi digər futbolçulardan fərqlidir. Buna görə də, ona fərqli münasibət göstərməlidirlər. Gələcəkdə Messi kimi bir futbolçunu yenidən görəcəyimizi bilmirik”.

Rakitiç 2014-2020-ci illər aralığında “Barselona”da forma geyinib.