“Messi mənim üçün futbol tarixinin ən yaxşısıdır”

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi İspaniya La Liqasının 25-ci turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan ispan mütəxəssis, Kataloniya klubunun kapitanı Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb:

“Ümid edirəm ki, meydanda yaxşı “Barselona” görəcəyik. Bu görüşü səbirsizliklə gözləyirik. Əlimizdən gələnin maksimumunu etməyə çalışacaq. Belə döyüşlərə daim hazır olmalıyıq.

“Barselona”nın heyətində ən yaxşı futbolçular yer alır. Messi mənim üçün futbol tarixinin ən yaxşısıdır”.

Bu gün keçiriləcək “Sevilya” – “Barselona” matçı saat 19:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button