“Sevilya”nı “Valyadolid”ə dəyişdi

“Sevilya”nın yarımmüdafiəçisi Roke Mesa sözügedən klubla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

O, bundan sonra La Liqanın digər təmsilçisi “Valyadolid”in uğurları üçün çalışacaq. Mesa yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Roke Mesa 2018-ci ildən “Sevilya”da idi. O, geridə qalan mövsümü icarə əsasında “Leqanes”də keçirib. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Levante, “Urakan”, “Tenerife”, “Las Palmas”, “Atletiko Baleares”, “Suonsi Siti” klublarının da uğurları üçün çalışıb.

Yeri gəlmişkən, “Valyadolid” “Benfika”nın yarımmüdafiəçisi Jotanı da mövsümün sonuna qədər icarəyə götürüb. Portuqaliya klubunun öz yetirməsi olan 21 yaşlı futbolçu 2018-ci ildən “Benfika”nın əsas komandasında çıxış edirdi. O, Portuqaliyanın gənclərdən ibarət yığmasının da üzvüdür.