“Sevilya”dan Bundesliqa klubuna

Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniyanın “Sevilya” klubundan Munas Dabburu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2024-cü ilin yayına qədər müqavilə bağlayıblar.

27 yaşlı hücumçu “Sevilya”ya mövsümün əvvəlində transfer olunmuşdu. Amma heyətə düşə bilməyən İsrail yığmasının forvardı İspaniya təmsilçisində cəmi 2 oyun keçirib.