“Sevilya”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanına üz tutdu

Futbol üzrə Argentina yığmasının sabiq üzvü, bu yay İspaniyanın “Sevilya” klubundan ayrılan Ever Baneqanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. O, yeni klubuna azad agent statusu ilə keçib.

“Boka Xuniors”un yetirməsi olan Baneqa, karyerası ərzində “Valensiya”, “Atletiko” (Madrid), “Nyuels Old Boys”, “İnter” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button