“Sevilya”dan “Atalanta”ya

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Sevilya” klubundan Gilyerme Arananı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı braziliyalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.

“Korintians”ın yetirməsi olan sol cinah müdafiəçisi, 2015-ci ildə “Atletiko Paranaense”də də çıxış edib. O, “Sevilya”da 2017-ci ildən forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button