“Sevilya”da ciddi itki

İspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Serxio Eskudero ağır zədə alıb.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Krasnodar”ı ilə görüşdə sıradan çıxıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 31 yaşlı sol cinah müdafiəçisinin zədəsi ciddidir. İspan futbolçunun azı 2.5 ay yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Sevilya” “Krasnodar”la səfər matçından 2:1 hesablı qələbə ilə ayrılıb. Eskudero bu oyunun ikinci hissəsində zədələndiyi üçün 61-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.