“Sevilya” – “Qarabağ”: mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”nın qonağı olacaq “Qarabağ” İspaniyaya yollanıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu bir qədər əvvəl Bakını tərk edib.

Saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisini 6,5 saatlıq uçuş gözləyir.

Azərbaycan çempionunun sabah üçün proqramı da məlumdur. Bakı vaxtı ilə saat 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək qarşılaşma 00:00-da başlayacaq. Komandanın ölkəyə dönüşü noyabrın 29-na nəzərdə tutulub. “Qarabağ” həmin gün saat 21:00-da vətənə çatmalıdır.