“Bakıda bizim üçün çətin olacaq” – Lopeteqi

“Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi İspaniya La Liqasının 4-cü turunda “Alaves”i məğlub etdikləri (1:0) oyundan sonra fikirlərini bildirib.

Komanda.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Lopeteqi, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb:

“Çətin rəqibə qarşı oynadıq. Komandam çox yaxşı idi. İkinci hissə çox çətinlik çəkdik. Layiq olduğumuz 3 xalı qazandıq.

Daim oyunun yüksək tempdə olmasını istəyirik. Komanda hər cəhətdən yaxşıdır. Ancaq boşluqlardan lazımi səviyyədə yararlana bilmədik. La Liqada hər oyun bir sərgüzəştdir və istənilən rəqibin öz şərtləri var.

Lider olmaq hələ heç nə demək deyil. Liderlik təkcə onu deyir ki, komanda hər şeyi düzgün edir. Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki Bakıda bizim üçün çətin olacaq. Avropa arenasında ilk oyunumuz olduğu üçün həyəcanlıyıq”.

Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button