Argentina millisinin üzvü Qətər klubunda

“Sevilya” klubu ilə müqaviləsinin müddəti bitən Qabriel Merkado karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Əl-Rayan” klubuna transfer olunub. Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb. Merkado “Əl-Rayan” klubuna azad agent kimi keçib.

2016-cı ildən “Sevilya”da çıxış edən Merkado, son mövsümdə 34 qarşılaşmada iştirak edib. Müdafiəçi 25 dəfə də Argentina millisinin şərəfini qoruyub.