“Sevilya” Karlosla razılığa gəldi

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Nant”dan Dieqo Karlosla razılığa gəlib. Bu barədə “Sevilya”nın rəsmi saytı məlumat yayıb. Tərəflər arasında baş tutan razılaşmanın detalları açıqlanmayıb.

“Sevilya” 26 yaşlı müdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. İspaniya mətbuatı “Sevilya”nın Karlos üçün 15 milyon avro ödəyəcəyini iddia edib.

2016-cı ildən “Nant”da çıxış edən Karlos geridə qalan mövsümdə 40 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button